"Barselona" fransalını göndərir

18 İyul 2021 15:07

"Barselona" futbolçusu Kleman Lanqleni göndərməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı müdafiəçi üçün İngiltərə klubları ilə danışıq aparır.

Klubun Lanqleni Premyer Liqa təmsilçilərindən birinə satın alma şərtilə icarəyə verəcəyi bildirilib. Bu halda oyunçunun maaşını icarəyə götürən klub ödəyəcək.

Qeyd edək ki, 2018-ci ildən "Barselona"dan çıxış edən Lanqle ötən mövsüm La Liqada 33 oyuna çıxıb.

Milli.Az