Yeni kəsilmiş əti dərhal yemək olar?

18 İyul 2021 13:23

Qurban bayramı zamanı ət yeməklərindən çox istifadə sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, türkiyəli dietoloq Elif Ünerin sözlərinə görə, bayram günlərində ard-arda yeyilən ət yeməkləri xolesterin miqdarının yüksəlməsinə səbəb olur. Bu isə ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün zərərlidir:

"Yeni kəsilmiş ət həzm probleminə səbəb ola bilər. Odur ki, kəsilmiş ətin ən az 1 gün saxlanılması lazımdır ki, həzm sistemini sürətləndirsin. Xüsusən yüksək yağlı ət yeməklərindəki xolesterin zərərlidir. Doymuş yağlar ürək-damar tıxanmalarına və infarktlara səbəb olur. Ürək xəstəliyi keçirmiş şəxslərə bu dövrdə normadan çox qırmızı ət yeməyi tövsiyə etmirəm. Əti göyərti, salat və tərəvəzlərlə birlikdə yeyin. Bayram menyuları zəngin olsa da, balansı qorumağa çalışın".

Mütəxəssis onu da əlavə edib ki, ağır yeməklərdən dərhal sonra günəşə çıxmaq olmaz:

"Sərin şəraitdə 1-2 saat dincəlin. Çünki yağlı yeməklərdən sonra qan təzyiqi artır, günəş şüaları isə ritm pozğunluğuna səbəb olur. Bu da qanda laxtalanmaya yol açaraq sağlamlıq problemləri yarada bilər".

Milli.Az