Ermənistanda koronavirusdan ölənlərin sayı 4 566 nəfərə çatıb

18 İyul 2021 15:27

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 132 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227 430 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 566 nəfərə çatıb.

Milli.Az