Pərvin ona aşiq olan mərhum rejissorun adını açıqladı – VİDEO

18 İyul 2021 14:17

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.

Məşhur aktrisa mərhum rejissor şahin Zəkizadənin onun sevdiyini deyib:

"Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Mən gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi".

Milli.Az