Almaniyada təyyarə qəzası - Ölənlər var

18 İyul 2021 12:47

Almaniyanın Baden-Vürttemberq əyalətinin Boeblinqen bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Polisin yaydığı məlumatda bildirilib ki, "Piper" markalı təkmühərrikli təyyarənin qalıqları tapılıb.
Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Milli.Az