"O mikrofonu alıb sənə..." - Acunla bağlı suala əsəbləşdi

18 İyul 2021 10:11

"TV8"də yayımlanan proqramda sosial media fenomeni Kerimcan Durmaza mükafat təqdim olunmasının ardından aktyor Erkan Petekkaya kanalın sahibi Acun Ilıcalını tənqid edib. Bu barədə sosial media hesabında yazan aktyor daha sonra paylaşımı silib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Şafak vakti" filminin qalasında jurnalistlərdən biri Erkan Petekkaya Acun Ilıcalını tənqid etməsi ilə bağlı sualla müraciət edib. Bu zaman əsəblərinə hakim ola bilməyən aktyor müxbiri təhqir edib.

"O mikrofonu alıb sənə nə edərəm bilirsən" deyə, Erkan müxbiri hədələyib.

Qeyd edək ki, Erkan Petekkaya sonuncu dəfə "TV8" telekanalında yayımlanan "Kırmızı oda" serialında Sadi obrazını canlandırıb. 

Milli.Az