Bu ölkədə 200-dən çox aviareys ləğv edildi

18 İyul 2021 09:41

Portuqaliyada hava limanları işçilərinin tətili son sutkada 200-dən çox uçuşun ləğvinə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkcə Lissabonda ən azı 166 uçuşun ləğv edildiyi bildirilir.

Həmkarlar ittifaqları Porto, Faru, Funşal və Porto-Santo hava limanlarında işçiləri tətilə çağırıblar.

Milli.Az