Filippində güclü zəlzələ olub

18 İyul 2021 09:17

Filippinin Cənub Davao vilayətində, Mindanao adasında 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların ocağı 42 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az