"Qalatasaray"dan transfer bombası: Hədəf "Liverpul"un ulduzudur

17 İyul 2021 18:42

"Qalatasaray" "Liverpul"un isveçrəli futbolçusunu heyətinə qatmağı planlaşdırır.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Cim-Bom" 12 milyon satış qiyməti olan Cerdan Şakiri üçün hərəkətə keçib. Türkiyə klubu 29 yaşlı vinger üçün Mersisayd təmsilçisinə birbaşa transfer şərti ilə icarə təklifi göndərəcək. "Qalatasaray" məşhur futbolçunun transfer dəyərini 7 milyon avroya endirmək niyyətindədir. 

Qeyd edək ki, komandada forma tapmaqda çətinlik çəkən Şakiri də "Liverpul"u tərk etməyi düşünür. 

Milli.Az