Yüksək rütbəli məmurun qızı piyada keçidində dəhşət yaşatdı - 3 uşağı əzib qaçdı

17 İyul 2021 14:30

Moskvada "Mazda"nın sürücüsü olan qadın piyada keçidində üç uşağı əzib keçib.

Milli.Az mk.ru-ya istinadən xəbər verir ki, kadrlar hər kəsi şoka salıb. Üç övladı ilə piyada keçidini keçən qadının uşaqlarını yol-hərəkət qaydalarını pozan maşın vurub. Uşaqların üçünün də vəziyyəti ağırdır. Hadisə yerindən qaçan qadın sonra polisləri inandırmağa çalışıb ki, keçiddə insanları görməyib. O da bəlli olub ki, sürücü qadının səkkiz ödənməyən cəriməsi olub. Qəzanı törədən zaman isə başı telefona qarışıb. 18 yaşlının güc stturkurlarından birinin rəhbərinin qızı olduğu da bəlli olub.

Kamran Seyidov
Milli.Az