Ağciyər xərçənginin bilinməyən 5 ƏLAMƏTİ

27 Sentyabr 2021 05:32

Ağciyər xərçəngi xərçənglər arasında çox yayğındır. İlkin mərhələlərdə xəstəlik nadir hallarda özünü hiss etdirir. Ağciyər xərçəngi diaqnozu qoyulmuş xəstələrin əksəriyyəti 40 yaşa çatmış olur, onlardan yarısı 75 yaşdan yuxarı xəstələrdədir. Bütün hallarda xərçəng diaqnozu qoyulanlardan 70%-dən çoxu siqaret çəkənlərdir.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "Express" nəşri ağciyər xərçənginin beş bilinməyən əlamətini açıqlayıb.

Bir sıra pasiyentlər dırnaqlardakı dəyişikliklərin fərqinə vara bilər. Dırnaqların ucları həmişəkindən daha çox aşağıya doğru əyilməyə başlayır;

Qol və ya çiyin ağrısı sinirlərə yayılarsa, müəyyən bir növ ağciyər xərçənginə səbəb olur.
Səsinizdəki xırda dəyişikliklər də xərçəngi göstərə bilər. Səs daha xırıltılı ola bilər. Bəzən xəstədən qeyri-adi səslər çıxa bilər, - "Cancer Care Centers of Brevard"ın (Brevardın Xərçəng Baxım Mərkəzi" mütəxəssisləri deyir.
Sallanan göz qapağı sinirlərin sıxıldığı ağciyər xərçənginin nevroloji simptomu ola bilər.

Daimi susuzluq hissi və tez-tez sidiyə çıxma xəstələrin 20%-də müşahidə olunur. Xərçəngin digər əlamətləri arasında qanlı öskürək və ya normadan artıq bəlğəm və sinə ağrısı da var.

Milli.Az