Camal Qurbanovun "8-ci Hiss"i - FOTO

17 İyul 2021 12:11

Məşhur bəstəkar Camal Qurbanovun yeni "8-ci Hiss" adlı albomu işıq üzü görüb. 

Milli.Az xəbər verir ki, albom artıq bütün digital platformalarda yer alıb.

Son zamanlar sənətçilərin tez-tez müraciət etdiyi Qurbanov bəstəkarlıqla yanaşı həm də pianoçu və aranjimançıdır. Bəstəkər bir çox hit mahnıların müəllifidir.

Qeyd edək ki, Camal Qurbanov Pərviz Mahmudov, Dilarə Kazımova, Günay İbrahimli kimi məşhurlarla musiqi prodüseri olaraq çalışır.

Milli.Az