Müdiri siçovul videosu ilə hədələyib pul istədi - Bakıda

18 İyul 2021 20:46

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramazanov iyulun 14-də bir qadının zəng edərək onun müdiri olduğu marketdə çəkdiyi siçovulu sosial şəbəkədə yayacağı ilə hədələyib 300 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Tağızadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az