Erməni əsgər özünü güllələdi

17 İyul 2021 10:32

Ermənistanda əsgər xidməti silahı ilə özünü ölümcül yaralayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Artur Kazaryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. 

Məlumatda deyilir ki, insidentə səbəb A.Kazaryanın silahla davranış qaydalarını pozması olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az