Dünyanın ən bahalı poçt markası Londonda sərgilənəcək - FOTO

18 İyul 2021 19:34

Londonda dünyanın ən bahalı poçt markası "British Guiana 1c Magenta" Sotebi Auksion Evinin keçirəcəyi sərgidə nümayiş olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk dəfə 1856-cı ildə Britaniya Krallığının Cənubi Amerikadakı koloniyası olan İngilis Guyanasında basılan poçt markasının əl ilə düzəldilən dünyanın ən bahalı əşyası olduğu bildirilir.

Kolleksionerlərin "Dünya markalarının Mona Lizası" adlandırdıqları "British Guiana 1c Magentadan" dünyada yalnız bir ədəd var.

174 il əvvəl buraxılan marka ilk dəfə 1874-cü ildə marka toplayan kiçik oğlan tərəfindən aşkar edilib.

Damğanın qramının 24 karatlıq qızıldan 2,5 milyon daha qiymətli olduğu açıqlanıb.

Milli.Az