Bakıda tanışı bıçaqladı

17 İyul 2021 08:18

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində yerləşən mənzildə 1996-cı il təvəllüdlü Həşimov Emil Bəylər oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az