"Volkswagen"in satışları 28 faiz artıb

17 İyul 2021 07:55

Almaniyanın "Volkswagen" avtokonserni yanvar-iyun aylarında təxminən 5 milyon avtomobil satıb, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 28 faiz daha çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtokonsernin Qərbi Avropa ölkələrində satışı 31 faiz, Şimali Amerikada 45 faiz, Çində isə 16 faiz artıb.

Məlumata əsasən, pandemiyaya baxmayaraq konsernə daxil olan "Audi" şirkətinin satışları 38,8 faiz artaraq 981 681 avtomobil təşkil edib. Konsernə daxil olan digər avtomobil şirkətlərindən "Porsche"nin satışları 31 faiz, "Seat"ın satışları isə 45 faiz artıb.

Milli.Az