3 ildir sevgili olduğu şəxs evli imiş

16 İyul 2021 20:12

Aktrisa Melis Sabahın üç ildir eşq yaşadığı şəxsin evli olduğu ortaya çıxıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın iş adamı ilə keçən ay istirahətə yollanmalarının ardından həyat yoldaşı onu aldatdığını irəli sürərək boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Məhkəmə prosesində iş adamının Melisə bahalı hədiyyələr və son olaraq "Mercedes" aldığı məlum olub.

Aktrisa sözügedən iddialarla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Melis "Kuzey yıldızı ilk aşk" serialında Bahar obrazını canlandırır.

Milli.Az