Prezident İlham Əliyev Pakistana yeni səfir təyin etdi - SƏRƏNCAM

16 İyul 2021 17:46

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Milli.Az