"Kurtlar Vadisi"nin aktyoru Bakı bulvarında - VİDEO - FOTO

16 İyul 2021 16:39

Türkiyəli aktyor Erhan Ufak uzun müddətdir Bakıdadır.

Milli.Az xəbər verir ki, sənətçi Dənizkənarı bulvarında istirahət edərkən axşam.az obyektivinə tuş gəlib. Sənətçi parkda bir az gəzdikdən sonra restoranlardan birinə girib.

Qeyd edək ki, Erhan Ufak "Kurtlar vadisi" serialındakı Güllü Erhan obrazı ilə tanınıb. Erhan Bakıda "Nisan" adlı filmə çəkilir. 

Milli.Az