Deputatlar təpik-yumruq davasına çıxdılar - VİDEO

16 İyul 2021 18:12

Ukrayna Ali Radasında "Xalqın xidmətçisi" prezident partiyasından olan millət vəkilləri Mikola Solski ilə keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkovşina" müxalif siyasi qüvvəsindən olan deputat Vadim İvçenko arasında dava düşüb.

Milli.Az xəbər verir ki, hadisənin videosu Strana.ua Telegram kanalında yerləşdirilib. Şahidlərin dediklərinə görə, millət vəkilləri əvvəlcə sakit danışıblar, amma sonra İvçenko birdən Solskinin üzünə yumruq atıb. Digər deputatlar həmkarlarını aralamağa tələsib.

Kamran Seyidov
Milli.Az