Denis Monastırski Ukraynanın yeni daxili işlər naziri oldu

16 İyul 2021 14:44

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Xalqın xidmətçisi" fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.

271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.

Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.

Milli.Az