Dözülməz baş ağrılarını hansı yolla azaltmaq olar

20 İyul 2021 19:40

Omeqa-3 yağ turşuları ilə zəngin qida rasionu, tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları olan adi qida rasionu ilə müqayisədə baş ağrısı hallarını azaldır. Omeqa-3 yağ turşuları iltihabın tənzimlənməsində iştirak edən və ağrıkəsici olan oksiplipinlərin, molekulların ilkinləridir. Bununla belə, Omeqa-6 yağ turşularından əmələ gələn oksilipinlər ağrını artıraraq, miqrenə səbəb ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər, Omeqa-3-ün baş ağrısı ilə mübarizədə faydallı ola biləcəyini göstərmək üçün, sağlam yağ turşuları ilə zəngin olan qida rasionun (17-HDHA) ağrı kəsici turşunun səviyyəsini yüksəldə biləcəyini yoxlayıb. Tədqiqatda, ayda 5 ilə 20 gün arasında davam edən miqren baş ağrısı olan 182 nəfər (88 qadın) iştirak edib. Nəzarət pəhrizi istehlak olunan tipik miqdarda Omeqa-3 və Omeqa-6 yağ turşularından ibarət olub. Eyni zamanda, Omeqa-3 yağ turşuları baş ağrısı müddətini gündə 1,3 saat və ayda iki gün azaldıb. Eyni zamanda istehlak olunan Omeqa-6 yağ turşularının səviyyəsi azalırsa, davamiyyət gündə 1,7 saat və ayda dörd gün azalacaq.

Milli.Az