Kompüterin oynaqlara və əzalara təsiri

20 İyul 2021 20:20

Tunel sindromu hesab edilən biləy ağrısı və barmaqlardakı keyimə hissləri uzun müddət kompüter arxasında keçirməklə yarana bilər. Ağır yüklərə dözə bilən insan əllərinin də öz zəif nöqtələri var ki, bu bilək kanalıdır. Biləklərin uzun müddətli monoton hərəkətləri nəticəsində bu kanallarda təzyiq artır daha sonra siniri zədələyir. Əvvəllər bu İT sahəsində çalışan insanlarda problem hesab edilirdi, amma indi hər kəsin uyğun həcmə malik olan cihazı var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kompüterdə uzun müddət işləyəndən sonra, biləkdə ağrı və narahatlıq əmələ gəlir. Fasilədən sonra ağrı tez zamanda yox olur, buna görə həkimlər biləklərdən gərginliyi götürmək məqsədi ilə onları tez-tez hərəkət etdirməyi məsləhət görür. Bununla belə, həyat tərzinizlə heç bir dəyişiklik edilməsə, ağrılar getdikcə artacaq və sonra ağrı insan üçün normal hala çevriləcək. Bəzən ağrı yanğı halına keçərək, çiyin nahiyəsində yayılır. Bu səbəbdən insanlar tez-tez tunel sindromunu osteoxondroz ilə səhv salır. Bundan əlavə, barmaqların əzələləri də təsirlənir. Əgər ağrılar anidən azalsa, bu sevinmək üçün səbəb deyil. Hissiyyatın azalmsı sinirlərin zədələnməsindən qaynaqlanır və bunu sonra bərpa etmək çətin olur. Tunel sindromunun qarşısını almaq üçün iş zamanı əllərin vəziyyətini izləmək, fasilələr vermək, bədəni və əzaları idman üslubunda hərəkət etdirmək lazımdır.

Milli.Az