Dördbuynuzlu qoçunu 2 min manata satır: Qurban bayramına görə - FOTO

16 İyul 2021 17:36

Türkiyənin Adana şəhərində dördbuynuzlu qoçun qiyməti hamını təəccübləndirib. 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, şəhər sakini Mikayıl Satılmış "Bərəkət" adlı qoçunu Qurban Bayramı üçün satışa çıxarıb. 

Satılmış qoçu bu günə qədər çox adamın almaq istədiyini, lakin o bunu qəbul etmədiyini bildirib. Bu bayram isə onu satmaq qərarına gəlib. 

Qeyd edək ki, 4 buynuzlu qoçun qiyməti 10 min lirə, təxminən 2000 manatadır.

Milli.Az