"YAŞAT" Fondu 3 qazinin əməliyyat və müalicə xərclərini qarşılayıb

16 İyul 2021 11:34

"YAŞAT" Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

Fonddan Milli.Az-a verilən məlumata görə, qazilər - İlqar Canməmmədovun, Novruz Novruzovun və Osman Əliyevin əməliyyat və müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Milli.Az