AVRO-2020-nin ən yaxşı qolu seçildi - VİDEO

16 İyul 2021 11:59

UEFA-nın rəsmi saytındakı səsvermə əsasında AVRO-2020-nin ən baxımlı qoluna aydınlıq gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Çexiya millisinin hücumçusu Patrik Şikin Şotlandiyaya vurduğu qol, turnirin ən baxımlı qolu seçilib.

Ən yaxşı qol seçilməklə yanaşı Şikin şotlandların qapısına 45 metrdən vurduğu qol, Avropa çempionatının tarixinə ən uzaq məsafədən vurulan qol kimi keçib.  

Milli.Az