Fabrikdə iş yoldaşını bıçaqlayan şəxs saxlanıldı

16 İyul 2021 12:09

Mingəçevirdə tekstil fabrikində iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

Milli.Az bildirir ki, şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində tekstil fabrikində münaqişə zəminində 1984-cü il təvəllüdlü iş yoldaşı Elmir Nizami oğlu Qasımovu bıçaqlayaraq xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib.

Milli.Az