Dünyanın ən qədim mikrobları aşkar edildi

16 İyul 2021 09:59

Boloniya Universiteti alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırmaçılar qrupu indiyədək məlum olan ən qədim mikrobların daşlaşmış qalıqlarını aşkar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, canlı orqanizmlərin izlərinin Afrikadakı Barberton zolağında, Svazilendin Mozambiklə sərhədi yaxınlığında tapıldığı qeyd edilib.

Mikrobların 3,42 milyard il öncə dəniz dibində, hidrotermal sistemdə yaşadığı bildirilib.

Milli.Az