Böyük Britaniyanın hakim partiyası tarixi məğlubiyyətlə üzləşə bilər
30 Aprel 2010 18:29
"Sky News" telekanalının aprelin 30-da hazırladığı ümumi sorğunun nəticələrinə görə, elektoratın 38 faizi Mühafizəkarlar Partiyasına, 32 faizi liberal demokratlara və 28 faizi hakim Leyboristlər Partiyasına rəğbət bəsləyir.
Belə vəziyyət bu il mayın 6-dək qalarsa, onda mühafizəkarlar nümayəndələr palatasında mütləq səs çoxluğu qazanaraq Devid Kemeronun başçılığı ilə hökumət təşkil edə biləcəklər.
Belə halda isə indiki Baş nazir Qordon Braunun rəhbərlik etdiyi Leyboristlər Partiyası liberal demokratlar tərəfindən üçüncü mövqeyə sıxışdırılaraq 1918-ci ildən bəri görünməmiş tarixi məğlubiyyətə düçar olacaq.
/AzərTAc/