Samux sakini öz kafesində bıçaqlanıb

15 İyul 2021 23:11

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb.

1993-cü il təvəllüdlü Salmanov Seymur Mehman oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 28 yaşlı kişi öz kafesində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az