Keçmiş həyat yoldaşı onu təhdid etdi

15 İyul 2021 23:05

Türkiyəli müğənni Güldeni keçmiş həyat yoldaşı Ercan Mutlu təhdid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni yutub hesabında  yeni mahnısını izləyiciləri təqdim edib. Bu zaman videonun şərh bölməsinə keçmiş həyat yoldaşı təcavüz və təhdid dolu şərhlər yazmağa başlayıb.

"Bir cüt ayaqqabı ilə Londona gəldiyi vaxtları və onu kimin adam etdiyini unudub. Səni necə yaratdımsa, elə də məhv edəcəyəm", "Bacıma bir daha uçağı görə bilməyəcəyimi demisən. Dünyanın neçə bucaq olduğunu sənə göstərəcəyəm" Ercanın Güldenin ünvanına yazdığı şərhlərdən bir neçəsidir.

Uzun müddətdir Ercanla problem yaşayan müğənninin onun haqqında uzaqlaşdırma qərarı çıxartdığı məlum olub.

Qeyd edək ki, cütlük 3 il əvvəl boşanıb. Onların bu evlilkdən bir qızları olub.

Milli.Az