Almaniyada daşqın qurbanlarının sayı artdı

15 İyul 2021 22:21

Almaniyada daşqın qurbanlarının sayı 45 nəfərə çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Onlarla şəxsin axtarışları davam etdirilir. Yolların dağılması və körpülərin uçması səbəbindən bəzi yaşayış məntəqələrinə giriş mümkünsüzdür.

Şimali Ren-Vestfaliyanın beş bölgəsində, bəndin uçması təhlükəsi ilə əlaqədar olaraq əhalinin evakuasiyası davam edir.

Milli.Az