Zəngəzurdakı mis-molibden kombinatı möhürləndi

15 İyul 2021 21:52

Zəngəzur mis-molibden mədəninin inzibati binasında aparılan yoxlamalar başa çatıb.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Dirçələn Ermənistan" partiyasının mətbuat katibi Vazqen Saqatelyan deyib. 

"İnzibati binada  işlər dayandırılıb.   Hansısa bəlli olmayan cinayət işi əsasında axtarış aparılıb. Yoxlama zamanı 3 nəfər saxlanılıb"- Saqatelyan deyib.

Qeyd edək ki, iyulun 14-də ermənistan milli təhlükəsizlik xidmətinin "Alfa" qrupu  kombinatın inzibati binasında  axatarış aparıb.

Milli.Az