"Borussiya" və "Çelsi" arasında nəhəng transfer mübadiləsi

16 İyul 2021 03:17

"Borussiya" "Çelsi"nin Erlinq Haalandın keçidi üçün ilk rəsmi təklifini geri çevirib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "zadəganlar" 20 yaşlı hücumçu üçün Dortmund təmsilçisinə 150 milyon avro təklif edib. Bundan əlavə, "Çelsi" Tammi Abraham və ya Kallum Hadson-Odoini norveçli ulduz qarşılığında "Borussiya"ya göndərməyə hazırdır. Lakin Almaniya klubu bu təkliflə razılaşmayıb.

Qeyd edək ki, bir çox Avropa nəhənginin hədəfində olan Erlinq Haalandın "Borussiya" ilə anlaşması 2024-cü ilin iyununda başa çatır.

Milli.Az