İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən onlarla HƏMAS üzvü saxlanılıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
"İsrail ordusu, ŞABAK ümumi təhlükəsizlik xidməti və sərhəd polisinin operativ kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində HƏMAS-ın onlarla terrorçusu Rəmallahın şimalındakı Turmus Ayya kəndində saxlanılıb. Aktivistlər Bir-Zeyt Universitetindəki HƏMAS tələbə hücrəsinə daxildir", - deyə bildirilib.
Milli.Az