“Amazon” istifadəçilərinin yuxusunu izləyəcək

17 İyul 2021 22:20

ABŞ-ın Rabitə məsələləri üzrə Federal Komissiyası (FCC) "Amazon" şirkətinə istifadəçilərin hərəkətlərini, həmçinin onların yuxusunu izləmək məqsədilə xüsusi radarlardan istifadə edilməsi üçün müvafiq lisenziya verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sözügedən radarlarla təchiz olunmuş cihazlar fiziki məhdudiyyətləri olan bir qrup insanlara yardım məqsədilə hazırlanıb.

Şirkətdən verilən məlumata görə, belə cihazlar yuxu problemləri olan insanlara da köməklik göstərəcək.

Milli.Azm