"Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya gətirilib

15 İyul 2021 16:39

Türkiyə istehsalı olan ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya gətirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Andrey Taran bildirib.

"Ukrayna hərbi donanması üçün ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya təslim edilib. Bazada kompleksin son qəbul testləri aparılır", - deyə müdafiə naziri bildirib.

Milli.Az