“Müğənnilərin 90 faizi acgöz və nankordur" - İfaçıdan qalmaqallı açıqlama

15 İyul 2021 15:54

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" proqramında müğənnilərə irad bildirib.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib:

"Müğənnilərin 90  faizi acgöz və nankordur. Bunu əminliklə  söyləyirəm. Başqa musiqiçilərdən də soruşun. Onların az hissəsi yaxşıdır. Adlarını çəksəm, pislər də bilinəcək. Heç birinin adını səsləndirmirəm. İnsan ucalar da, pulu da olar. Dəyişməyin, demirəm, lakin bu qədər də yox!"

Milli.Az