"Səbail"dən yeni transfer

15 İyul 2021 20:27

"Səbail" heyətinə yeni futbolçu qatıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Cavid Tağıyevi transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, komandada 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tağıyevin son klubu "Sabah" olub.

Milli.Az