200 nəfərlik toy edən daha bir restoran sahibi cərimələndi - VİDEO

15 İyul 2021 14:54

Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələnib.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, obyekt sahibi tərəfindən 107 nəfərin "icazə.e-gov.az" portalında rəsmi qeydiyyatdan keçirilib. Iakin şadlıq evinə keçirilən baxış zamanı  məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Milli.Az