Oxçuçayı çirkləndirən kombinatda aparılan axtarışdan FOTO

15 İyul 2021 14:19

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, erməni xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyatdan bu gün görüntülər yayılıb.

Əməliyyat zamanı otaqlardakı kompüterlər müsadirə olunub.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında ən son iyulun 8-də yoxlama-axtarış əməliyyatı keçirilib.

Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın "CRONIMET" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.

Milli.Az