Bakıda parkda əxlaqsız görüntüləri yayılan cütlüklə bağlı DİN-dən AÇIQLAMA

15 İyul 2021 10:16

Ötən gün Bakıda parkda qadınla kişinin əxlaqsız görüntüləri yayılıb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, həmin şəxslər sərxoş vəziyyətdə olublar:

"Onların hər ikisinin şəxsiyyəti müəyyən olundu. Tufeyli həyat tərzi keçirən insanlardır. Həmin şəxslər sözügedən park ərazisində polis tərəfindən saxlanılıb və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb".

Milli.Az