Aktrisa qalmaqallı görüntülərə necə reaksiya verib?

15 İyul 2021 09:19

Ötən gün "Aşkın tarifi" serialındakı həmkarı Serra Arıtürklə səmimi vəziyyətdə video çəkən Kadir Doğulu mövzu ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor həmin görüntülərə görə "Həyat yoldaşınız necə münasibət bildirdi?" sualına problem yaşamadıqlarını deyərək cavablayıb:

"Neslihan evdədir. Səhər mənim üçün yemək hazırladı. Hər şey qaydasındadır, əgər eşitmək istədiyiniz budursa".

Neslihan isə İnstaqram hesabında öz fotolarını paylaşaraq "Dayanın! Bir az güləcəyəm" şərhini yazıb.

Qeyd edək ki, Kadir Doğulu aktrisa Neslihan Atagüllə evlidir.

Milli.Az