Bakıda ev yandı, xəsarət alan var

30 Aprel 2010 18:04
Fövqəladə Hallar Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetrlik 3 otaqlı evdə meydana gəlib. Hadisə zamanı evdə olan bir nəfər - 49 yaşlı Telman Abbasov yanıq xəsarətləri alıb. Yaralı ağır xəsarətlə Yanıq Mərkəzinə aparılıb.

Mərkəzdən Milli.Az-a bildirildi ki, yaralının vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına məişət qazının sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az