Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində baş vermiş partlayış nəticəsində 8 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat təxminən 19:10-da (Bakı vaxtı ilə 18:40) baş verib. Hadisə zamanı maqnit bombası partlayıb.
Nanqarhar əyalətinin təhlükəsizlik xidmətində olan mənbənin "RİA Novosti"yə verdiyi məlumata görə, hadisə nəticəsində 5 mülki şəxs və 3 polis əməkdaşı yaralanıb.
Milli.Az