Bakıda kafedə dava: bir nəfər bıçaqlanıb

15 İyul 2021 08:23

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Hüseynov Azər Şahəddin oğlu kafenin işçisi ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsi araşdırır.

Milli.Az