“İnter” hücumçusunu icarəyə verdi

14 İyul 2021 23:24

İtaliyanın "İnter" klubu futbolçusu Sebastyan Espozitonu icarəyə verib. Milli.Az matc.az-a istinadən bildirir ki, 19 yaşlı hücumçu "Bazel"ə keçib.

Bu barədə "İnter"in mətbuat xidməti məlumat yayıb. Espozito 2021/22 mövsümünü icarə əsasında İsveçrə klubunda keçirəcək.
 
"İnter"in yetirməsi olan hücumçu əsas komanda ilə 15 oyuna çıxıb.

Milli.Az