Emin Mahmudov “Neftçi”nin avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib

14 İyul 2021 22:33

Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçi "ağ-qaralar"ın avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib.

O, buna Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi "Dinamo"su ilə ev oyununda nail olub. Penaltini dəqiq yerinə yetirən kapitan "Neftçi"nin heyətində 6-cı avrokubok qoluna imza atıb.

Bununla da Emin Julius Vobayi arxada qoyub. Syerra-leoneli 5 dəfə fərqlənib.

Qeyd edək ki, Emin Çempionlar Liqasında 2, Avropa Liqasında 4 qol vurub.

Milli.Az