“Yeni xəbər” “Youtube” kanalı APA-ya qarşı təxribata yol verib

14 İyul 2021 19:07

Bu gün "Yeni xəbər" "Youtube" kanalında APA-ya istinadən "Ermənilər Füzulidə hücuma keçdi: ölənlər və yaralılar var" başlıqlı xəbər yayımlanıb.

Xəbərdə APA-ya istinadən erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutduğu, kənd sakinləri arasında ölən və yaralananların olduğu bildirilir.

Xəbərin davamında qeyd olunur ki, Müdafiə Nazirliyindən APA-ya xəbəri təsdiqləyib, iki kənd sakinin həlak olduğu, daha bir neçə nəfərin yaralandığı bildirilib.

APA bəyan edir ki, "Yeni xəbər" kanalı təxribata yol verərək, APA-nın adından istifadə edib.

"APA Group"a daxil olan heç bir qurum belə bir məlumat yaymayıb.

Milli.Az